Bankların əhalidən aldığı nağd dollar satışı $300 mln. üstələyir

Bankların əhalidən aldığı nağd dollar satışı 0 mln. üstələyir2025-ci ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabil görünür. Mərkəzi Bank isə bunu bu bazarın artıq yalnız sabit deyil, struktur olaraq da möhkəmləndiyi qənaətindədir.
Banker.az xəbər verir ki, 2025-ci ilin əvvəlindən dekabr ayının əvvəlinə qədər mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 299.05 mln. ABŞ dolları üstələyib. AMB isə dekabrın əvvəlində iclas zamanı bu fərqin 393 mln. ABŞ dolları əhali tərəfdən banklara doğru axın olduğunu bildirmişdi.
İlin ilk 11 ayının nəticələrinə görə banklar əhaliyə nağd 1 mlrd. 603.7 mln. ABŞ dolları satarkən eyni dövrdə əhalidən banklara 1 mlrd. 902.8 mln. manat satılıb.
AMB ötən gün 2026-cı ilə dair pul bəyanatında deyir ki, Azərbaycanın valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayır.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.
2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enmişdir. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləmişdir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olmuşdur. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatmışdır. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlmişdir.
Bankların əhalidən aldığı nağd dollar satışı 0 mln. üstələyirValyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib.
Qeyd edək ki, Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 mlrd. 125.4 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansında 181,6 milyon ABŞ dolları profisit olub.
AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, biz bir çox hallarda tədiyyə balansına makroiqtisadi dayanıqlılığın əsas aləti kimi baxırıq. "9 ay ərzində tədiyyə balansı beynəlxalq əmtəə, fond və valyuta bazarlarındakı dəyişikliklərdən təsirlənib".
Qeyd edək ki, Dövlət Gömrük Komtiəsi ilin ilk 11 ayında ilkin məlumat olaraq ticarət balansında 2 mrld. 212.94 mln. dollarlıq müsbət qalıq yaranıb.
Bankların əhalidən aldığı nağd dollar satışı 0 mln. üstələyir

Banklar     Tarix: 26 dekabr 2025

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq