Bankların əhaliyə nə qədər əmanət faizləri ödədiyi məlum olub
2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar depozitlər üzrə 459 milyon manat məbləğində faizlər ödəyiblər.
Marja.az Mərkəzi banka istinadən xəbər verir ki, depozitlər üzrə ödənilmiş faizlər 2021-ci illə müqayisədə 2022-ci ildə 96,7 milyon manat və ya 26,7% artıb. 2021-ci ildə banklar depozitlər üzrə 362,3 milyon manat məbləğində faizlər ödəmişdilər. 2019 və 2020-ci illərdə bu məbləğ müvafiq olaraq 372,4 milyon manat və 312,9 milyon manat təşkil etmişdi.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
O cümlədən, 2022-ci ildə banklar müddətli depozitlər (əmanətlər) üzrə 418,7 milyon manat məbləğində faizlər ödəyiblər ki, bu da 2021-ci illə müqayisədə 69,2 milyon manat və ya 19,8% çoxdur. 2021-ci ildə banklar müddətli depozitlər üzrə 349,5 milyon manat məbləğində faizlər ödəmişdilər.
Qeyd edək ki, bugündən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz gəlir vergisi tutulacaqdır. Əmanətlər üzrə ödənilən illik faiz gəlirləri 2016-cı ildən başlayaraq 7 il müdətinə vergidən azad idi. Bu müddət uzadılmayıb.
Müddətli depozitlər - Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.


Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?