Bankların fəaliyyət növləri dəqiqləşdirilir
Bankların fəaliyyət növləri dəqiqləşdirilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Banklar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, öz hesabına və ya müştərilərin hesabına çeklərin, köçürmə veksellərinin, qiymətli metalların və qiymətli daşların, habelə öz hesabına valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərinin alqı-satqısı ilə məşğul ola biləcəklər.
Qüvvədə olan qanuna əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), qiymətli metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması ilə məşğul olur. / banker.az

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib
Proqramçılar üçün TOP-5 Freelance sayt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Shopify-da necə satışa başlamaq olar?
Dropshipping nədir?
Green Card nədir və onu necə əldə etmək olar?