Bankların ipoteka kreditlərinin həcmi, rüblük dinamikası və bazar payına görə RENKİNQİ (01.04.2023)
Azərbaycan bankları 2023-cü ilin birinci rübündə də ölkənin sosial əhəmiyyətli daşınmaz əmlak kreditlərinə marağını azaltmadılar və ilin ilk rübü tarixdə ilk dəfə olaraq portfel 3 mlrd. manat üzərində qapandı.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi göstəricilərə əsasən 1 aprel 2023-cü il tarixinə ipoteka kreditlərinin həcmi 3 mlrd. 124.8 mln. manat oldu. Bu da rüblük 1.4 faizlik yüksəlişdir.
Oxşar yazı:İpoteka kreditlərinə güclü axın
Tərtib edilmiş renkinqdə lider dəyişmədi. Dövlətin və eləcə də bank sektorunun sistem əhəmiyyətli ABB-si (Azərbaycan Beynəlxalq Bankı) ipoteka kreditlərinin həcmini rüb ərzində 6 faiz artırmaqla 973.68 milyon manata çatdırdı. İkinci sırada "Kapital Bank" ASC 443.86 mln. manatla (+6.6 faiz) və üçüncü sırada isə "Xalq Bank" ASC 332.81 mln. manatla (+4.9%) dayanır.
Ümumi aktivlərində əsasən ipoteka kreditləşməsinə güc verən "Bank BTB" ASC dördüncü sırada 167.17 mln. manatla mövqeyini qoruyub, lakin rüblük həcmdə cüzi eniş var.


PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt