Bankların kredit portfelinin həcminə görə RENKİNQİ (01.10.2025)
2025-ci il 1 oktyabr tarixinə Azərbaycanda bank sektorunun ümumi kredit portfeli 31,5 milyard manat təşkil edib. Bu da ilin əvvəlindən 6 faiz çoxdur.
Banker.az xəbər verir ki, liderliyini qoruyan Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit portfeli 6,8 milyard manat olub, bu da ilin əvvəlinə nisbətən 7,1% artım deməkdir. ABB-nin sektor üzrə bazar payı 21,6% təşkil edir.
İkinci yerdə olan Kapital Bankın kredit portfeli 5,43 milyard manat səviyyəsindədir və bu, 4,2% artımla 17,2%-lik bazar payına bərabərdir.
PAŞA Bank isə 3,34 milyard manatlıq portfellə üçüncü yerdə qərarlaşıb, bu göstərici 1,1% artım və 10,6%-lik bazar payı deməkdir.
İlk beşlikdə yeganə azalma Xalq Bankda müşahidə olunub – bankın kredit portfeli 1,82 milyard manat olub. Onun bazar payı 5,8% civarındadır.
Beşliyi tamamlayan Bank Respublika 1,58 milyard manatlıq portfellə 7,2% artım nümayiş etdirib və 5%-lik bazar payına sahib olub.
Ümumilikdə, ilk beş bank sektorun 60%-dən çox kredit portfelinə nəzarət edir.


ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?