"Best Managed Companies Azerbaijan 2025" müsabiqəsi açıq elan olunub

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən "Best Managed Companies Azerbaijan 2025" müsabiqəsi açıq elan olunub.
Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə təşəbbüsün əhəmiyyəti və tərəfdaşların ortaq səyləri bir daha vurğulanıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bu biznes müsabiqəsi, Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədi daşıyır. "Best Managed Companies" layihəsi, "Deloitte" şirkətinin özəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan "Deloitte Private" tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. Proqram Azərbaycanda "Deloitte Private" və "PAŞA Bank"ın sponsorluğu ilə həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraq layihədə iştirak edirlər.
"Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnuniyyətlə qeyd edib ki, "Best Managed Companies" layihəsi Azərbaycanda dördüncü ilinə qədəm qoyur.
"Bizim əsas məqsədimiz Azərbaycanda sahibkarlığın inkişafına dəstək olmaqdır. Bu biznes yarışında iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər təqdim edilir. Layihə çərçivəsində "Deloitte" mütəxəssisləri iştirakçı şirkətlərin idarəetmə sistemlərini qiymətləndirir, onlarla beynəlxalq qabaqcıl təcrübələri bölüşür və faydalı məsləhətlər verirlər. Qalibləri isə Azərbaycanda peşəkarlığı ilə seçilən şəxslərdən ibarət müstəqil münsiflər heyəti təyin edir. Biz ölkəmizdəki özəl şirkətləri bu nüfuzlu müsabiqədə iştirak etməyə dəvət edirik," deyə, Kərimov bildirib.
Öz növbəsində, "PAŞA Bank"ın İdarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, müsabiqə Azərbaycanın iş dünyasında aparıcı idarəetmə təcrübələrinin tanıdılması və təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Biz "PAŞA Bank" olaraq, bu proqramın Azərbaycanda biznes mühitinin inkişafına verdiyi töhfədən qürur duyuruq. İnanırıq ki, bu müsabiqə şirkətlərimizin beynəlxalq standartlara uyğun mükəmməl idarəetmə sistemləri qurmasına dəstək olacaq və Azərbaycan iqtisadiyyatının sağlam və dayanıqlı inkişafına töhfə verməyə davam edəcək," deyə, Quliyev bildirib.
"Best Managed Companies" mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.
Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 9 şirkət "Best Managed Companies Azerbaijan" titulu ilə təltif edilmişdir. Bu şirkətlər Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcıl olaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcıl olaraq qalib olan METAK şirkətidir.
"Best Managed Companies Azerbaijan 2025" müsabiqəsində iştirak etmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbul edilir. Müraciət üçün linkə keçid edin.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin. / banker.az

Banklar     Tarix: 02 oktyabr 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin