Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Fintex Assosiasiyası anlaşdı

Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Fintex Assosiasiyası anlaşdıAzərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə edərək səmərəli maliyyə xidmətləri göstərməyə kömək etmək niyyəti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
IFC-dən Marja0ya verilən məlumata görə, tərəflər fintex şirkətlərinin böyümələrinə və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin gücləndirilməsi istiqamətində çalışacaqlar.
Qeyd edilib ki, Memoranduma uyğun olaraq, IFC-nin "İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri" layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.  
"Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə vaxt və resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Ölkənin iqtisadi artım trayektoriyasına istinadla, IFC ilə tərəfdaşlığımız Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcəkdir," – Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan Talıbov qeyd etdi. 
Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı, inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər. Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn, bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat xərclərini azaldır.   
"Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcəkdir," – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirdi. 
Son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi bir sıra tənzimləyici islahatları həyata keçirmişdir. IFC-nin dəstəyi ilə qəbul olunmuş "Açıq bankçılıq yol xəritəsi", maliyyə sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini genişləndirmək yolunda mühüm addımdır. 
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində rekord maliyyə ayırmış, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə etmişdir. 
Azərbaycan Fintex Assosiasiyası 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə altı aparıcı fintex təşkilatı tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədləri fintex şirkətlərinə öz fəaliyyətlərini qurmaqda kömək etmək, onların dinamik inkişaflarını dəstəkləmək, eləcə də dövlət və özəl müəssisələri ilə münasibətlərini əlaqələndirməkdir. Hazırda ödəmə xidmətlərini özünə-xidmət köşkləri, mobil ödəmə həlləri, elektron pul kisələri və sair xidmət təchizatçıları vasitəsilə göstərən 11 təşkilat Assosiasiyada təmsil olunurlar. Azərbaycanın aparıcı ödəmə və e-pul şirkətləri – eManat, PashaPay, GoldenPay, FinDynamix, ePul, Portmanat, Payonix  bizim Assosiasiyasının üzvləridir. 
Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Fintex Assosiasiyası anlaşdı/ marja.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri valyuta kurslari bitcoin