"Bir Kredit BOKT" böyüyüb - KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIB

2025-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) "Bir Kredit BOKT" MMC-nin cəmi aktivləri 10 milyon 442 min manat və ya 12% artaraq 30 iyun 2025-ci il tarixində 97 milyon 606 min manata çatıb. Ötən ilin sonunda "Bir Kredit BOKT" MMC 87 milyon 164 min manat cəmi aktivlərə malik idi. 
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində "Bir Kredit BOKT" MMC-nin cəmi kapitalı 10 milyon 440 min manat və ya 13% artaraq 30 iyun 2025-ci il tarixində 97 milyon 603 min manata çatıb. Təşkilat ötən ilin sonunda 87 milyon 163 min manat cəmi kapitala malik idi.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"Bir Kredit BOKT" MMC 30 iyun 2025-ci il tarixində 2 min 460 manat cəmi öhdəliklərə malik olub. Təşkilat 2024-cü ilin sonunda 610 manat cəmi öhdəliklərə malik idi. 
"Bir Kredit BOKT" MMC 2025-ci ilin ilk 6 ayını 59 min 460 manat xalis zərər ilə başa vurub. Halbuki təşkilat 2024-cü ilin ilk yarısını 358 min 510 manat, 2024-cü ili isə 401 min 855 manat xalis zərər ilə bağlamışdı. Beləlklə, bu il Təşkilatın xalis zərəri 6 dəfə azalıb. 
"Bir Kredit BOKT" MMC bank olmayan kredit təşkilarları sektorunda ən böyük nizamnamə kapitalına malik BOKT-dir. Hazırda BOKT 99 milyon 835 min 580 manat nizamnamə kapitalına malikdir ki, bu Mərkəzi Bankın 2025-ci il birinci yarım il üzrə açıqlanan statistik məlumatlarında 93 BOKT üzrə 272.2 milyon manat ümumi nizamnamə kapitalı həcminin 36.6 faizinə bərabərdir. 
Xəbər verdiyimiz kimi  "Bir Kredit BOKT" MMC 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirilməsi üçün proseslərə start verib (hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd istiqraz). İstiqrazlar üzrə illik faiz dərəcəsi 11.5 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödəniliəcəkdir. İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-nin ticarət platforması üzərindən həyata keçiriləcəkdir. Emissiyanın anderrayteri  "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə "Bir Kredit BOKT" MMC-nin aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi ilə həyata keçiriləcəkdir
"Bir Kredit BOKT" MMC-nin "Competo" MMC-nin (Birmarket brendi) nizamnamə kapitalındakı iştirakı 72.805%, "Qırmızı Ürəklər" Xeyriyyə Fondunun nizamnamə kapitalındakı iştirakı 100%-dir. 
"Bir Kredit BOKT" MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verə bilər. Kreditlərin verilməsi üçün müvafiq lisenziyaya malik olan "Bir Kredit BOKT" MMC, həmçinin aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:
• Borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
• Lizinq; • Veksellərin uçotu;
• Qarantiyanın verilməsi;
• Sığorta agenti xidmətlərinin göstərilməsi;
• Borcalanlara, o cümlədən, birgə borcalan qruplarına maliyyə, texniki, idarəetmə və maliyyə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi
Cəmiyyətin nizamnamə kapitalı 100 % payla bir hüquqi şəxsə ("Kapital Bank" ASC) məxsusdur.

Banklar     Tarix: 03 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes