Birbank Biznes-in "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşıb
®8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in təşəbbüsü ilə həyata keçirilən "Hər işdə birinci qadınlar" yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.
Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu oynayıb.
Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə təqdim olunan "She"s Next" kartı 15 mart 2026-cı il tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir. "She"s Next" biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, 16 mart tarixinədək xanımların Birbank Biznes mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya tətbiq edilmir.
Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?