Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
®Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə "Qadın Liderləri Zirvəsi"nin həyata keçirilməsinə dəstək oldu. "Facemark" və "İNCİ – İşgüzar Xanımların Ünsiyyət Klubu"nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə "Fərqlərin bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator olduğu ilk panel "Lider qadın, yoxsa qadın lider" mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş təcrübəyə malik, "GDG Professionals" şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu Gülzar Quliyeva, "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, "Dərs Evi – İnnovativ Təhsil Mərkəzi"nin Baş direktoru Nigar Baimova, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, "Erickson Coaching International" şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrini bölüşdülər.
İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi. "Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır".
Daha sonra tədbir "İnnovasiya və Strateji Yanaşmalar" və "Rəqəmsal Trendlər Dövründə Qadınlar" mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf etdirmək oldu.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?