Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol®İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan biridir. 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək imkanı yaradır.
Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.
Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən artıq sifariş yerləşdirilib.
Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki, investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. "Bizim üçün əsas göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir".
Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində 500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. / banker.az

Banklar     Tarix: 15 iyul 2026

Oxşar xəbərlər

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib

Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatl

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyo

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib

ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "AB

Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI

Azərbaycanda bank müştərilərinin 2026-c ilin sentyabr ayı üzrə bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. Azərbaycan Mərkəzi Bankına istinadən həmin indeksi təqdim edir:

"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb

AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-li

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bank faizleri en son xeberler