Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətABŞ-ın əsas inflyasiya göstəricilərindən biri olan Şəxsi Xərclər İndeksi və Şəxsi Xərclərin Qiymət İndeksi göstəricilərində sürprizlər artımların olmadığı açıqlandıqdan sonra dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
Cari həftə isə ABŞ-ın əmək bazarı, xüsusilə də NFP hesabatı, FED sədri Cerom Pavelin çıxışı və Avropa Mərkəzi Bankının faiz qərarı ilə bazarlarda gərgin bir həftə olacaq.
NFP
Cümə günü dərc olunacaq aylıq əmək bazarı, xüsusilə də NFP hesabatı, FED-in ilk faiz endiriminin nə vaxt reallaşacağını müəyyən etməyə çalışan investorlar tərəfindən diqqətlə izləniləcək. Qeyd edək ki, mövcud şərtlərə görə analitiklər FED-in ilk faiz endiriminin iyunda baş tutacağını proqnozlaşdırırlar.
Əmək bazarının güclənməyə davam etdiyinə dair işarələr, FED-in çox tez yumşaldıcı siyasətə başlayacağı təqdirdə, gözləniləndən daha güclü iqtisadiyyatın inflyasiyanı yenidən alovlandıra biləcəyi ilə bağlı narahatlıqları tətikləyə bilər.
İqtisadçılar, yanvar ayında cari ilin ən böyük - 353 minlik artımdan sonra, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda fevral ayında 190 min yeni iş yeri açıldığını proqnozlaşdırırlar. İşsizlik nisbətinin 3.7% səviyyəsində sabit qalacağı və əmək haqqı artımının mülayim bir seqmentdə olacağı ehtimal edilir.
Həmçinin cümə günü əmək bazarı hesabatından əvvəl investorlar FED sədri Cerom Pavelin çərşənbə günü Nümayəndələr Palatasının Komitəsi və cümə axşamı Senat qarşısında pul-kredit siyasəti ilə bağlı yarımillik təqdimatlarını dinləmək şansına sahib olacaqlar.
Pavelin iqtisadiyyatdakı gücə və davamlı qiymət təzyiqlərinə işarə edən son məlumatların işığında siyasətçilərin faiz dərəcələrini azaltmağa nə vaxt başlayacağına qərar verərkən ehtiyatlı yanaşacaqlarını təkrarlaması gözlənilir.
Riçmond FED sədri Tomas Barkin cümə günü bildirib ki, ABŞ iqtisadiyyatında qiymət təzyiqləri davam etdiyi üçün Federal Ehtiyatlar Sisteminin əsas faiz dərəcəsini nə vaxt azaltmağa başlaya biləcəyini təxmin etmək hələ tezdir.
Həmçinin Amerikada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı göstəriciləri, "JOLTS" Boş və Vakant İşyerləri və "Bej Kitab" Hesabatları dolların major valyutalar qarşısındakı qiymətlərinə ciddi təsir edə bilər.
EUR 
Cümə axşamı toplanacaq Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrində hər hansı dəyişikliyə getməsi proqnozlaşdırılmasa da, investorlar rəsmilərin faiz endirimlərini müzakirə etmək üçün hələ tez olduğunu təkrar edib-etməyəcəyini gözləyirlər.
Bir öncəki toplantısında "ECB"-nin faiz dərəcəsinin azaldılması müzakirələrini geri çəkməsinə, rəsmilərin inflyasiyanın 2% hədəfinə qayıtmaq yolunda olduğuna dair daha çox sübut görmələri lazım olduğunu söyləməsinə baxmayaraq, bazarlar hələ də bankın bu ilin sonunda faiz dərəcələrini azaltmağa başlayacağını ehtimal edirlər. 
Ötən həftənin cümə günü açıqlanan Avrozona inflyasiya məlumatları "ECB"-nin ehtiyatlı mövqeyini dəstəklədi. Fevral ayında istehlak qiymətləri inflyasiyası proqnozlaşdırılandan daha az yavaşladı. Manşet inflyasiya da ehtimal ediləndən daha az düşdü.
"ECB"-nin ən böyük narahatlığı əmək haqqı inflyasiyasının həddən artıq yüksək olaraq qalması və risklərin qiymətlər üzərində təzyiqlərini artırmağa davam etməsidir.
​Bu həftə həmçinin Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, Avrozonada və Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Avrozonada ÜDM-in həcmi, eləcə də, Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ) və Sənaye İstehsalının Həcmi kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən, ötən həftəni artım şamı ilə tamamlayan EURUSD məzənnəsində "buğalar" qiyməti 1.08$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə funt da korrektiv bahalaşma ilə yadda qaldı. Cari həftə ərzində Amerikada, Avrozonada və Almaniyada açıqlanacaq iqtisadi göstəricilər funt-sterlinqin də dünya birjalarındakı qiymətlərinə təsir edə bilər. 
NEFT
İnvestorların "OPEC+"-un ikinci rüb üçün tədarük müqavilələri ilə bağlı qərarını gözlədikləri və eyni zamanda ABŞ, Avropa və Çindən gələn yeni iqtisadi məlumatları da nəzərə alaraq, neft qiymətləri cümə günü artaraq həftəlik şamını artımla tamamladı.
Aylıq kontraktların dəyişməsindən sonra "Brent" neftri həftə ərzində təxminən 2.4%, "WTI" nefti isə 4.5%-dən çox dəyər qazanıb.
Məlumatlara görə, "OPEC-"in hasilatın azaldılması ilə bağlı qərarının bu həftə ərzində veriləcəyi və hər ölkənin öz qərarını açıqlaması ehtimal edilir.
Analitiklərin fikrincə "OPEC+"-un könüllü olaraq hasilatı 2024-cü ilin ikinci rübünə qədər azaltmağa davam edəcəyi ehtimalları bazarın diqqət mərkəzində yer alacaq əsas xəbərdir.
Qırmızı dənizdəki geosiyasi gərginlik də neft qiymətlərini dəstəkləməyə davam edir.
XAU/USD
Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, həftəlik şamını 2083$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də "NFP" göstəriciləri proqnozlaşdırılan kimi zəif olarsa, qızıldakı artım tendensiyası daha kəskin xarakter ala bilər. "Buğalar" "sarı metal"-ın qiymətini 2081$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2100$, 2120$ və 2144$ hədlərinə kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 04 mart 2024

Oxşar xəbərlər

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad


iqtisadi xeberler birbank biznes krediti bitcoin qiymeti dollar manat kursu