"Bitcoin"in qiyməti 2021-ci ilin noyabrından bəri ilk dəfə 65 min dolları ötüb
Ticarət zamanı "Bitcoin"in məzənnəsi son iki ilin maksimumuna çataraq 65 min dollar həddini keçib. Kriptovalyutanın əvvəlki maksimumu 2021-ci ilin noyabrında qeydə alınıb – 68.9 min dollar.
Son 24 saat ərzində "Bitcoin" məzənnəsi 5.26% artıb. Bakı vaxtı ilə saat 12:30-da məzənnə 65 min dolları keçsə də, Bakı vaxtı ilə saat 12:36-da 64.9 min dollara düşüb. Saat 12:40-a qədər bitkoin 65.2 min dollara çatıb.
Kriptovalyutanın məzənnəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən yanvar ayında qəbul edilmiş tənzimləyici relaksasiya fonunda artır: o, bitkoin üçün ölkənin ilk birja fondlarını (ETF) təsdiqləyib. İlin əvvəlindən "Bitcoin" ən azı 40% dəyər qazanıb. / banker.az
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8