"Biz əhalinin gözləntilərini bununla qiymətləndiririk" – $230 mln
Azərbaycanda 2025-ci ilin ilk doqquz ayında nağd valyuta bazarında satış tərəfdən təklif tələbi 230 milyon ABŞ dolları üstələyir.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
"Yəni əhali nəinki [banklardan] valyuta alıb, daha çox valyuta satıb. Bu da bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bununla qiymətləndiririk", baş bankir qeyd edir.
Press-rellizdə isə bildirilmişdi ki, xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?