"Bizə xəbərdarlıqlar edilmişdi, kapitalı artırmağa hazırlaşırdıq" -"Günay Bank"ın sədrindən açıqlama
Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş "Günay Bank" ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev Bankın bağlanmasına münasibət bildirib.
O, qısa açıqlamasında bunları deyib:
"Bu, dövlətin qərarıdır, heç nə deyə bilmərik. AMB bunu hansısa formada əsaslandırıb. Bizə müəyyən xəbərdarlıqlar edilmişdi ki, problemləriniz var, məcmu kapitalınız azdır. Biz də onu artırmağa hazırlaşırdıq, iyulun 5-i səhmdarlarının növbəti ümumi yığıncağını keçirib nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəkdik".
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin edərək onun idarә olunması üzrә bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verib.
Həmçinin oxu
"Günay Bank"ın lisenziyası ləğv edildi
© "Report" / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Startup nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri