Biznes kreditlərində kənd təsərrüfatının payı 22.5 %-ə çatıb
Biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonuna 22.5 %-ə çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə aqrar sektora verilən biznes kreditlərinin 1/3-i dövlətin, 2/3-i isə bankların öz vəsaitinin hesabına reallaşıb.
T. Əliyev əlavə olaraq qeyd edib ki, ötən il ərzində bankların ümumi kredit portfeli 17.6 % artıb və 19.6 milyard manata çatıb: "Bu portfeldə biznes kreditləri 11 % artaraq 55.4 %-ə çatıb. Hazırda bu portfelin həcmi 11 milyard manat təşkil edir". / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?