Bu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb

Bu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb"Bank of Baku" ASC 2023-cü ilin 1-ci rübünü 9 milyon 539 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 883 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə cüzi azalıb.
"Bank of Baku"nın xalis mənfəətinin dinamikasına mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsaitin məbləği və ödənilən mənfəət vergisi təsir göstərib. İlk rübdə "Bank of Baku"nun cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja xəbər verir ki, "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 7 milyon 681 min manat və ya 31,8% artaraq 31 milyon 855 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübüdə Bankın cəmi əməliyyat gəlirləri 24 milyon 174 min manat təşkil etmişdi.
"Bank of Baku" cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 7 milyon 231 min manat və ya 43,4% artaraq 23 milyon 879 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübüdə Bankın cəmi əməliyyat xərcləri 16 milyon 647 min manat təşkil etmişdi.
"Bank of Baku"nun əməliyyat mənfəəti 2022-ci ilin ilk rübündə 7 milyon 527 min manat ikən, 2023-cü ilin ilk rübündə 7 milyon 976 min manat olub. 
Eyni zamanda, 2023-cü ilin ilk rübündə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 391 min manat mənfəətə əlavə edilib və "Bank of Baku"nun mənfəəti 13 milyon 368 min manata yüksəlib. Bank mənfəətindən 3 milyon 830 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk rübündə ehtiyatdan azad olmuş 3 milyon 641 min manatın hesabına "Bank of Baku"nun mənfəəti 11 milyon 169 min manata yüksəlmişdi. Bank mənfəətindən 1 milyon 285 min manat mənfəət vergisi ödəmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2023-cü il tarixində "Bank of Baku" 736 milyon 129 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 583 milyon 589 min manatını müştərilərə verilmiş kreditlər (kredit portfeli) təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 701 milyon 231 min manata, o cümlədən kredit portfeli 577 milyon 534 min manata çatmışdı. İlk rübdə Bankın cəmi kredit portfeli 6 milyon 55 min manat və ya 1% artıb. Ötən ilin sonu ilə müqayisədə Bank of Bakunun istehlak krediləri portfeli 5 milyon 756 min manat artaraq 403 milyon 859 min manata, ipoteka kreditləri portfeli 1 milyon 811 min manat artaraq 26 milyon 536 min manata yüksəlib, biznes kreditləri portfeli isə 1 milyon 509 min manat azalaraq 153 milyon 167 min manata geriləyib.
Qeyd edək k, "Bank of Baku" sərfəli şərtlər ilə kreditlər təklif edən banklardan biridir. İstehlak kreditləri portfelinin 400 milyon manat səviyyəsini aşması da Bankın kredit məhsullarına marağın olduğunu göstərir.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən ilin sonu ilə müqayisədə "Bank of Baku"da cəmi depozitlər 25 milyon 745 min manat artaraq 391 milyon 278 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 35 milyon 116 min manata artaraq 365 milyon 135 min manata yüksəlib. 
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Bank of Baku" 133 milyon 978 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 606 min manat məcmu kapitala malik idi.
Bu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıbBu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıbBu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıbBu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb/ marja.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne