Bu BOKT kredit bazarında sürətlə böyüyür - İKİ İLDƏ İKİQAT ARTIM
2022-ci ildə Bank Olmayan kredit Təşkilatı "İnternational" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7 milyon 839 min min manat və ya 44% artaraq 2022-ci ilin sonunda 25 milyon 591 min manata çatıb. Təşkilatın kredit portfeli 2020-ci ilin sonunda 12 milyon 404 min manata, 2021-ci ilin sonunda isə 17 milyon 752 min min manata çatmışdı.
Marja xəbər verir ki, son iki hesabat ilində BOKT "İnternational"ın kredit portfeli 2 dəfədən çox artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Xəbər verdiyimiz kimi, BOKT "İnternational" ASC Qazax, Cəlilabad, Biləsuvar, Tərtər və Astara rayonalarında yeni xidmət mərkəzlərini açaraq filial sayını 25-dən 30-a yüksəldib. Təşkilat yaxın gələcəkdə filial sayını 55-ə çatdırmağı planlaşdırır.
BOKT "İnternational"ın saimi işçilərinin sayı 2020-ci ilin sonunda 150 nəfə ikən, 2022-ci ilin sonunda 252 nəfərə çatıb.
Xəbər verdiyimiz kimi, "Bank Olmayan kredit Təşkilatı "İnternational" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 3 milyon manat artırılır. ASC hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır. Səhmlərin yerləşdirilməsi nəticəsində BOKT "İnternational"ın nizamnamə kapitalı 5 milyon manatdan 8 milyon manata yüksələcək.
BOKT "İnternational" ASC-nin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Startup nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri