Bu il əhalinin və biznesin banklara borcu 3 milyard manatdan çox artıb
30 Noyabr 2022-ci il tarixində bankların cəmi kredit portfeli 19 milyard 674,2 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Bankın "Bankların kredit portfelinin strukturu barədə məlumat"ına istinadən xəbər verir ki, oktyabr ayının sonu ilə müqayisədə noyabr ayında bankların cəmi kredit portfeli 203,4 milyon manat və ya 1,04% artıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
O cümlədən, biznes kreditləri portfeli 63,3 milyon manat və ya 0,6% artaraq 10 milyard 975,8 milyon manata, istehlak kreditləri portfeli 75 milyon manat və ya 1,3% artaraq 5 milyard 771,7 milyon manata, ipoteka kreditləri portfeli 65,2 milyon manat və ya 2,3% artaraq 2 milyard 926,6 milyon manata çatıb.
2022-ci ilin 11 ayı ərzində 3 milyard 15,1 milyon manat, o cümlədən biznes kreditləri 1 milyard 235,8 milyon manat, istehlak kreditləri 1 milyard 253,3 milyon manat, ipoteka kreditləri 526 milyon manat artıb.
Kredit qoyuluşları (milyon manat ilə)
01.12.2022 19674.2
01.11.2022 19470.8
01.10.2022 19157.2
01.09.2022 18638.6
01.08.2022 18487.4
01.07.2022 18320.0
01.06.2022 18098.3
01.05.2022 17840.4
01.04.2022 17528.2
01.03.2022 17126.5
01.02.2022 16781.4
01.01.2022 16659.1


Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?