Bu lombard şirkəti çox sürətlə böyüyür - 6 AYDA 2,5 MİLYON MANAT XALİS QAZANC
"Kredit Evi" ASC 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 506 min mant xalis mənfəət ilə başa vurub. Yeri düşmüşkən qeyd edək ki, "Kredit Evi" ASC 2023-cü ili 1 milyon 518 min manat, 2024-cü ili 2 milyon 892 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında "Kredit Evi"nin faiz gəlirləri 10 milyon 612 min manat, digər gəlirləri 13 min manat təşkil edib. Lizinq və lombard şirkətinin xərcləri isə 8 milyon 119 min manat olub.
2024-cü ildə "Kredit Evi"nin faiz gəlirləri 14 milyon 953 min manat təşkil etmişdi.
KREDİT PORTFELİ BÖYÜYÜB
30 İyun 2025-ci il tarixində "Kredit Evi" 46 milyon 79 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Qeyd edək ki, ötən il "Kredit Evi" kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 12 milyon 977 min manat və ya 51% (1,5 dəfə) artaraq 31 dekabr 2024-cü il tarixində 38 milyon 420 min manata çatmışdı.
Qeyd edək ki, 404 min manat nizamnamə kapitalı olan "Kredit Evi" ASC-nin səhmdarları Səbuhi Əzizov (50%) və Kazım Hüseynovdur (50%).
Həmçinin oxu
"Kredit Evi"ndə böyük sıçrayış - PORTFELİ 50 faiz, xalis mənfəəti 90 faiz artıb




"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Marketinq nə demədir?
Biznes qurmaq üçün nə lazımdır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?