"Campbell Biologiya" kitabının BDU-da və ADPU-da təqdimatı keçirildi

®Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər (Red Hearts) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək sosial aksiya həyata keçirdi. Bununla bağlı Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) "Campbell Biologiya" kitabının təqdimat tədbiri baş tutdu. 
Tədbir zamanı universitetlərin elmi kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur "Campbell Biologiya" kitabı təqdim edildi. Qırmızı Ürəklər Fondunun tərəfdaşı olan "Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi"nin və "Yurt Center"in dəstəyi ilə tərcümə edilən və fond tərəfindən nəşr olunan "Campbell Biologiya" kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər. 
Tədbirdə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, "Habitat Tərcümə Layihəsi"nin həmtəsisçisi Araz Zeyniyev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova,  ADPU-nun Tədris departamentinin direktoru Sənan Əliyev, ADPU-nun Kimya və biologiya fakültəsində dekanı Reyhan Ağayeva və digərləri çıxış etdilər. 
"Fondun bu təşəbbüsü dünyanın qabaqcıl universitetlərində tədris olunan bu kitabı Azərbaycan elminə qazandırmaqdır. Məqsəd bu kitablar vasitəsilə təhsil keyfiyyətinin yuxarı qalxmasını dəstək göstərməkdir. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. "Campbell Biologiya" indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim tələbələrimiz, elm ictimaiyyəti biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcək, bu onlar üçün daha əlçatan olacaq. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək, bioloqların stolüstü kitabına çevriləcək", – deyə, "Qırmızı Ürəklər" Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi. 
Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. 
/ banker.az

Banklar     Tarix: 12 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq