"City Finance" BOKT statistik məlumatları vermədiyi üçün cərimələnir
"City Finance" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, "City Finance" BOKT MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Bəxtiyar Məmmədovdur.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "City Finance" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır və qanuni təmsilçisi Tural Əhmədovdur.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?