Daha 4 BOKT Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ailəsi böyüməyə davam edir. Belə ki, 4 bank olmayan kredit təşkilatı (BOKT) Assosiasiyanın rəsmi üzvlüyünə qəbul olunub.
Üzv qəbul olunan təşkilatlar aşağıdakılardır:
1. BOKT "CASPIAN FINANCE". "CASPIAN FINANCE" – 2023-cü ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alaraq fəaliyyətə başlayan, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verən, müasir və məsuliyyətli maliyyə xidmətləri təqdim edən dinamik bir təşkilatdır.
2. BOKT" Caspian Invest". "Caspian Invest" – 2004-cü ildən fəaliyyət göstərən bu qurum, sahibkarlığın maliyyələşdirilməsi və iqtisadi fəallığın təşviqi istiqamətində geniş təcrübəyə malikdir.
3. BOKT –"Azərbaycan Mikrokredit". "Azərbaycan Mikro Kredit" - Sektorun təcrübəli iştirakçılarından biri olan bu təşkilat, xüsusilə regionlarda mikro və kiçik bizneslərin dəstəklənməsi sahəsində tanınır.
4. BOKT "Forfinance". "Forfinance" 2025-ci ildə lisenziya əldə edən bu təşkilat müasir xidmət yanaşması ilə fəaliyyətini genişləndirərək bazarda öz yerini formalaşdırmaqdadır.
"Yeni tərəfdaşlığın mikromaliyyə sektorunda əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin artırılmasına, qarşılıqlı inkişaf və dayanıqlı maliyyə mühiti naminə faydalı olacağına inanırıq. AMFA olaraq, yeni üzvlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!"- Azərbaycan Mikromaliyyə Assosiasiyası yaydığı məlumatda bildirirb. / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?