Defoltdan sonra: niyə Rusiya qlobal maliyyə bazarını yadından çıxarmalıdır

Defoltdan sonra: niyə Rusiya qlobal maliyyə bazarını yadından çıxarmalıdırRusiyanın avrobondlar üzrə defoltu süni olsa da, uzunmüddətli perspektivdə həm dövlət, həm də iri şirkətlər üçün ciddi problemlər yaradacaq. Çox güman ki, Rusiya BRICS tərəfdaşlarının köməyi ilə Qərb maliyyə bazarına alternativ tapmağa çalışacaq.
Rusları uzun müddətdir ki, defoltla qorxudurlar – 1998-ci ilin avqustunun dəhşətli xatirələri hələ də onların yadındadır. İndi, nəhayət, o an gəldi. Formal olaraq hələki defolt yoxdur, çünki bunu  beynəlxalq reytinq agentlikləri elan etməlidir, onlara isə Rusiya Maliyyə Nazirliyinə xidmət göstərmək qadağandır. Buna baxmayaraq, virtual defolt bir sıra real nəticələrə gətirib çıxaracaq.
Siyasi süjet
Rusiyanın defoltunu 2019 və 2021-ci illərdə Nümayəndələr Palatasının ABŞ Prezidenti Donald Trampa qarşı impiçment elan etmək cəhdi ilə müqayisə etmək olar. Bunlar sırf siyasi nümayişlərdir, hansıki nə Trampın prezidentliyi, nə də Rusiyanın maliyyəsi və iqtisadiyyatı üçün heç bir nəticəyə gəlməyib. Fərq yalnız uzunmüddətli təsirdədir: Tramp ikinci dəfə seçilməsə də, impiçmentləri tez bir zamanda unuduldu, müflis ölkənin damğası isə Rusiyanın üzərində həmişəlik qalacaq və gələcəkdə beynəlxalq kapital bazarlarına qayıdışı çətinləşdirəcək.
İstiqraz sahiblərinin növbəti addımlarından çox şey asılı olacaq. Əgər onlar məhkəməyə gedib Rusiya əmlakına, o cümlədən diplomatik mülkiyyətə həbs icazəsi alsalar, "kollektiv Qərb"lə münaqişəsinin daha da genişlənəcəyini gözləmək olar. Lakin məhkəmələrlə çətinliklər yarana bilər, çünki Rusiya istiqrazlarının emissiya prospektində defoltun Qərb ödəmə agentləri və depozitarlarının sanksiyalar altında istiqrazların son sahiblərinə ödəniş edə bilməməsi göstərilməyib. Belə ki, defolt – borcalanın öhdəliklərini ödəmək istəməməsinin və ya iqtidarında olmamasının nəticəsidir.
Müdafiə mexanizmləri
Borc hansı həddə çatmalıdır ki, defolt olsun? Rusiyanın buraxılmış və hələ də dövriyyədə olan xarici valyuta borcunun nominal həcmi 37.26 milyard dollardır, bunun yalnız 18.55 milyard dolları xarici investorların əlindədir. Çox güman ki, əsl xarici sahiblər bundan da azdır.
Hesablamalara görə, tələblərin ümumi məbləği, demək olar ki, 60 milyard dollar təşkil edir. Təbii ki, 2022-ci ilin əvvəlindən 110 milyard dollarlıq profisit alan ölkə üçün 60 milyard heç nədir. Hətta qızıl-valyuta ehtiyatlarının yarısının dondurulmasını nəzərə alsaq belə. Amma burada problem Rusiyanın xarici borcunu ödəmək qabiliyyətində deyil, xarici agentlərin bu ödənişləri almağa hazır olmamasıdır.
Gələcək problemlər
Qısamüddətli nəticələr, həqiqətən, simvolik olacaq – de-fakto olaraq defolt hələ martın əvvəlində, Rusiya beynəlxalq maliyyə sistemindən ayrılmağa başlayanda baş verdi.
Defolta görə devalvasiyadan yazmaq hətta gülüncdür. Büdcə və ixracatçılar üçün çoxdan gözlənilən və arzu olunan rublun ucuzlaşması olmayacaq. Rusiya valyutasının məzənnəsinin dəyişməsi yalnız ticarət axınları ilə müəyyən edilir: nə qədər ki, ölkədən enerji resurslarının və digər xammalın ixracı on milyardlarla valyuta gəlir gətirəcək, onu xərcləməyə və ya sərmayə qoymağa heç bir yer olmayacaq, rubl güclü olaraq qalmağa davam edəcək. Ola bilsin, ilin sonuna doğru neft embarqosunun təsiri işləyəcək və Avropa Rusiya qazından asılılığını yarıya qədər endirə biləcək, bu da öz növbəsində məzənnəyə təsir göstərəcək.
Ortamüddətli perspektivdə təkcə dövlət deyil, həm də korporativ sektor üçün bir sıra problemlər ortaya çıxacaq. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin aprelin 1-də ölkənin xarici borcu 453.5 milyard dollar təşkil edib. Əgər borcun strukturuna baxsaq, deyə bilərik ki, onun 50%-i geri qaytarma tələb etmir: ya rublla ifadə olunub, ya da xarici investorlardan alınıb. Sonuncuların Rusiyadan çıxması borcu qaytarmaq şansını daha da sarsıdır.
Ən əhəmiyyətli risk Rusiya borcunun 5.7%-nə (27.5 milyard dollar) aiddir. Bu, özəl sektorun qısamüddətli valyuta borcudur, onun ödənilməməsi kreditorların 93 milyard dollar uzunmüddətli korporativ borcunun da dərhal ödənilməsini tələb etməsinə səbəb ola bilər. Eyni zamanda korporativ sektorun saldosu dərin mənfidədir: 222 milyard dollarlıq aktiv və 840 milyard dollarlıq öhdəliklər.
Borc məhz bu 222 milyard dollarlıq aktivlərdən qaytarıla bilər. Publik şirkətlər arasında ən əhəmiyyətli xarici aktivlər "Lukoil", "Sberbank", "Rusal" və "Qazprom"da var.
Ancaq çox güman ki, bu, heç də tezliklə olmayacaq və Rusiya, bəlkə də, dollar və avronun öz mövqelərini qismən itirəcəyi, yuanın isə möhkəmləndiyi çox dəyişmiş maliyyə sistemi şəraitində bazara qayıdacaq. Bununla belə, məhkəmə çəkişmələri bazarlara Rusiyanın defoltunu unutdurmayacaq, çünki köhnə kreditorlarla münasibətlər tənzimlənmədən yenilərini cəlb etmək mümkün olmayacaq.
Çox güman ki, Rusiya dövləti və şirkətləri beynəlxalq kapital bazarını (avro, funt, dollar) unudub bütün səylərini Çin ətrafında qurulmuş yeni beynəlxalq ticarət və maliyyə konfiqurasiyasının yaradılmasına sərf etməli olacaq.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler online pul qazanmaq valyuta mezennesi bitkoin qiymeti bitkoin almaq