Dəqiq elmlər üzrə Azərbaycan alimlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb
Müasir dövrdə dünya elmində hər hansı bir tədqiqatın dəyəri və əhəmiyyəti onun istinad və Hirş indeksinin səviyyəsi əsasında müəyyən edilir. Bu səbəbdən beynəlxalq aləmdə elmi əsərlərə olunan istinadlara və yüksək indeksli jurnallarda çap olunmuş məqalələrə günü-gündən daha çox diqqət göstərilir, alimlərin müxtəlif parametrlər üzrə elmi reytinqinin tərtib edilməsinə, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsinə önəm verilir.
Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumatda bildirilir ki, Azərbaycanda da son dövrlərdə müvafiq sahədə qəbul edilmiş fərman və sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində ölkə elmində kompleks islahatların aparılmasına başlanılıb, elmi qurumların qarşısına dünyada gedən proseslərə adekvat olaraq, elm və təhsilin idarəolunmasına yeni hüquqi baxış kontekstində elmi fəaliyyətin səmərəsinin daha da artırılması ilə bağlı ciddi vəzifələr qoyulub.
Azərbaycan Milli Elmlər Akademiyası müvafiq sahədə dünya təcrübəsini, ölkəmizdə elm sahəsində aparılan islahatları, eyni zamanda milli maraqları nəzərə alaraq bu istiqamətdə məqsədyönlü işlər aparır. Elmi müəssisə və təşkilatlarda elmi tədqiqatların əhəmiyyətinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması, eləcə də alimlər arasında sağlam rəqabət mühitinin yaradılması ilə bağlı tədbirlər görür. AMEA rəhbərliyinin təşəbbüsü və göstərişi ilə Elm Günü ərəfəsində Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə AMEA-nın üzvlərinin bəzi elmmetrik göstəricilərini əks etdirən reytinq cədvəllərinin hazırlanması da bu qəbildəndir.
Qeyd edək ki, cədvəllərdə FRTEB üzrə AMEA-nın üzvlərinin "Google Scholar"da Hirş indeksləri və həmin alimlərin əsərlərinə "Google Scholar"da istinadların sayı təqdim olunub. Reytinq siyahısında Akademiyanın 36 üzvünün adı yer alıb.
Tam siyahı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:
https://ict.az/az/news/6658/
https://ict.az/az/news/6657/ / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?