Dövlət Neft Fondunun hərraclarda valyuta satışı illik $1.4 mlrd. azalıb – 9 aylıq hesabat

Dövlət Neft Fondunun hərraclarda valyuta satışı illik uploads/news/1761226869_0d31a7225bf6f928c08596b76900a2e9.jpg.4 mlrd. azalıb - 9 aylıq hesabatAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 milyard 350 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Banker.az xəbər verir ki, bu barədə ARDNF-in rüblük hesabatında qeyd edilir.
Son hesablamalarımıza əsasən, ARDNF keçən ilin ilk üç rübündə ümumilikdə 5 mlrd. 745 milyon ABŞ dolları satmışdı.
Beləliklə, ARDNF-in hərraclardakı valyuta satışları öncəki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 395 milyon və ya 24 faiz az olub.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki,
2025-ci ilin ilk doqquz ayında nağd valyuta bazarında satış tərəfdən təklif tələbi 230 milyon ABŞ dolları üstələyir.
"Yəni əhali nəinki [banklardan] valyuta alıb, daha çox valyuta satıb. Bu da bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bununla qiymətləndiririk", baş bankir qeyd edir.
Press-rellizdə isə bildirilmişdi ki, xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.
AMB sədri dünən dedi ki, valyuta bazarında tələbin təklifdən az olması davam etsə, yəqin ki, biz alış yönlü müdaxilə edəcəyik.
"Amma hər hansı bir məbləğ söyləməyimiz düzgün olmaz. Hazırda 9 ayın nəticələrinə baxdıqda valyuta bazarında təklif kifayət qədər yüksəkdir.
Belə olduqda, ehtimal ki, biz valyuta bazarına alış yönlü müdaxilə edəcəyik. Amma bu məbləğin 600 milyon dollar, 300 milyon dollar və ya 900 milyon dollar olacağını söyləməyimiz doğru olmaz. Çünki ilin sonuna kimi hələ büdcə xərcləri var və bunları nəzərə almaq lazımdır", - o qeyd edib.

Banklar     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri