Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıbDünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Dünya Bankından məlumat verilib.
Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4 %-ə, 2027-ci ildə 2,3 %-ə, 2028-2029-cu illərdə isə 2,2 %-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4 % artacaq.
Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı ("Şahdəniz" yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.
İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4 % səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.
Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.
Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.
"Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır", – bankdan qeyd edilib.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: "S&P Global" – illik 2 %, "Fitch Ratings" – 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, "Moody"s" – illik 2,5 %. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb. / banker.az

Banklar     Tarix: 01 mart 2025

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri