Dünya Bankının regional direktoru dəyişib
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineus vəzifəsindən azad edilib.
Onun yerinə xanım Rolan Pris (Rolande Pryce) təyin edilib.
Əslən Yamaykadan olan R.Pris Dünya Bankının komandasına 2006-cı ildən qoşulub. O, bu təyinata qədər qurumun Ruanda üzrə ölkə meneceri vəzifəsini icra edib.
Yeni regional direktorun işə sentyabrın 1-də başlayacağı bildirilir.
Xatırladaq ki, S.Molineus 2019-cu ilin iyul ayından Cənubi Qafqaz ölkələri üzrə regional direktordur. O bundan sonra fəaliyyətini Dünya Bankının ABŞ-ın paytaxtı Vaşinqtondakı ofisində strategiya və əməliyyatlar üzrə direktor kimi davam etdirəcək. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Startup nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri