EBRD uzun fasilədən sonra ölkəmizdə böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırıb

EBRD uzun fasilədən sonra ölkəmizdə böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırıb®Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu ilin sentyabrında iki qurum arasında aktivləşdirilmiş Ticarətin Maliyyələşdirilməsi Zəmanəti çərçivəsində ilk əməliyyatı başa çatdırıb. Müqaviləni EBRD-nin prezidenti Odil Renaud-Basso və "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
Əməliyyat EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) zəmanəti ilə əhatə olunub və bu zəmanətə əsasən, Bank Respublika və Raiffeisen Bank International Austria, "Azərbaycan İcbari Sığorta Bürosu" ilə Belçikanın "Council of Bureaux" arasında sazişi dəstəkləyiblər.
Əlamətdar sazişi şərh edən EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib: "EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramının 5 illik fasilədən sonra Azərbaycana qayıtması və Azərbaycandakı partnyorumuz olan Bank Respublika ilə bu sahədə ilk tranzaksiyanı həyata keçirilməsindən çox şadam. Razılaşma son 10 ilin ən böyük sazişlərindən biridir və çox güclü iqtisadi inkişafdan xəbər verir. İnanırıq ki, bu, yaxın aylarda Azərbaycan biznesini beynəlxalq bazarlara daha da inteqrasiya edən çoxsaylı əməliyyatlardan biri olacaq".
"Bu müqavilənin bağlanması "Bank Respublika"nın Azərbaycanın real sektoruna dəstək strategiyasında növbəti addımdır və müştərilərimizin ixrac-idxal əməliyyatlarının həcminin artırılmasına kömək edəcək. Bankımızın ticarətin maliyyələşdirilməsi sahəsində əsas üstünlükləri çevik əməkdaşlıq şərtləri, hər bir müştərinin ehtiyaclarına və hər bir əməliyyata yüksək ixtisaslı əməkdaşlarımız tərəfindən fərdi yanaşmasıdır. Biz əminik ki, məhz bu amillər müştərilərimizə yüksək səviyyədə xidmət göstərməyimizə, eləcə də EBRD kimi mötəbər təşkilatlar tərəfindən tanınmağımıza kömək edir", – "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Ticarətin Maliyyələşdirilməsi Proqramı EBRD-nin əhətə etdiyi regionlarında xarici və daxili ticarəti təşviq etmək məqsədi daşıyır, zəmanətlər və ticarətlə bağlı nağd avanslar daxil olmaqla, bu ticarəti asanlaşdırmaq üçün bir sıra məhsullar təklif edir. Proqram yerli bankların ticarətin maliyyələşdirilməsi imkanlarını artırır və bu banklar vasitəsilə sahibkarlara regionlarımızda idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edir.
Bu il Bank Respublika və EBRD Azərbaycanda olan uğurlu əməkdaşlıqlarının 30 illiyini qeyd edir. Bank Respublika Azərbaycanın aparıcı banklarından biridir və EBRD -nin çoxdankı tərəfdaşıdır. Onun əsas strateji hədəfləri kiçik və orta sahibkarlıq və mikromaliyyədir.
EBRD Azərbaycanda aparıcı institusional investordur və burada təşkilat maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl müəssisələrə yönəlib. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft özəl sektorunun inkişafına kömək etmək məqsədi daşıyır. / banker.az

Banklar     Tarix: 21 dekabr 2022

Oxşar xəbərlər

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler biznes xeberleri dollar mezenne dollarin kursu bu gun birbank