Əhalinin xarici valyuta əmanətləri 90 milyon manatdan çox artıb
2022-ci ilin sentyabr ayında fiziki şəxslərin banklardakı əmanətləri 367,3 milyon manat artaraq 11 milyard 225,7 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada olan əmanətlər 275,6 milyon manat, xarici valyutada olan əmanətlər 91,8 milyon manat artaraq 4 milyard 402 milyon manata çatıb. Cəmi 11 milyard 225,7 milyon manatlıq əmanətlərin 60,8%-ni milli valyutadakı əmanətlər, 39,2%-ni xarici valyutadakı əmanətlər təşkil edib.
Sentyabr ayında rezidentlərin əmanətləri 289,4 milyn manat, qeyri-rezidentlərin əmanətləri isə 77,9 milyon manat artıb.
Fiziki şəxslərin cəmi əmanətlərinin 5 milyard 247,6 milyon mantını cari hesablar (müddətsiz əmanətlər), 5 milyard 978,1 milyon manatını müddətli əmanətlər təşkil edib. Sentyabrda cari əmanətlər 285,2 milyon manat artıb.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?