Əmanət gəlirlərinin bir hissəsinin vergidən azad olunması nəzərdə tutulur - MƏRKƏZİ BANKDAN ŞƏRH
Bu ilin oktyabrın 31-nə Azərbaycan banklarında illik gəlirin 2,4 min manatadək olan milli valyutadakı müddətli əmanətlər cəmi milli valyutada olan müddətli əmanətlərin 22 %-ni (0,9 milyard manat) təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fiziki şəxslərin banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirdikləri depozitləri üzrə əldə etdikləri 200 manata qədər aylıq faiz gəlirlərinin verigidən azad olunmasına dair Vergi Məcəlləsinə təklif olunan dəyişikliyi şərh edərkən bildirilib.
"Həmin tarixə fiziki şəxslərin banklarda olan müddətli əmanətləri 6,6 milyard manat təşkil edir ki, bunun da 65 %-i və ya 4,3 milyard manatı milli valyutadadır. Vergi Məcəlləsinə dəyişiklik layihəsində fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan illik faiz gəlirlərinin 2 400 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tutulur. Bundan əlavə, fiziki şəxslərin hər bir bankda 18 ay və daha artıq müddətdə yerləşdirilən milli valyutada olan əmanətlər üzrə faiz gəlirlərinin tam olaraq 3 il müddətinə vergidən azad olunması da nəzərdə tutulur. Layihəyə əsasən, müddəalar fiziki şəxslərin hər bir bankda olan əmanətinə ayrılıqda tətbiq edilir", - sorğunun cavabında deyilir.
AMB vurğulayıb ki, vergi dərəcəsinin illik gəlir üzrə differensiallaşdırılma sosial aspektlərin nəzərə alınması ilə əlaqədardır, müddət baxımından differensiallaşdırılma isə uzunmüddətli əmanətlərin cəlbini stimullaşdırmaq məqsədini daşıyır: "Azadolmaların hər iki halda milli valyutada olan əmanətlərə tətbiqi isə milli valyutada əmanətlərin cəlbinə marağı artırmağa xidmət edir".
© Report

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Dünyada ən çox oxunan 5 kitab
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?