Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət
®Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank "Əmanətli ipoteka krediti" məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib.
Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.
Müştəri ABB-də "Əmanətli ipoteka krediti" hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.
İpoteka şərtləri:
-İllik faiz dərəcəsi: 10%-dən başlayaraq
-Maksimal kredit məbləği: 500 000 AZN
-Müddət: 25 ilədək
-İlkin ödəniş: 15%
-Komissiya: yoxdur
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?