"Expressbank"ın xalis mənfəəti kəskin artıb

"Expressbank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Expressbank" 2022-ci ili 12 milyon 409 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 7 milyon 701 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 61,1% və ya 4 milyon 707 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Expressbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 66 milyon 697 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 19% və ya 10 milyon 694 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri  56 milyon 2 min manat təşkil etmişdi. 
2022-ci ildə  Expressbank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 684 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 19,4% və ya  8 milyon 249 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 42 milyon 434 min manat təşkil etmişdi. 
Ötən il "Expressbank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 16 milyon 13 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə "Expressbank"ın əməliyyat mənfəəti 13 milyon 568 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2 milyon 445  min manat və ya 18% artıb.
Həmçinin 2022-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 605 min manat mənfəətə əlavə olunub. 2021-ci ildə "Expressbank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 243 min manat ayırmışdı.
"Expressbank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 24,4% və ya 85 milyon 588 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 436 milyon 956 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 351 milyon 368 min manat cəmi aktivlərə malik idi.
"Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 13,6% və ya 35 milyon 645 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 297 milyon 84 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 261 milyon 439 min manata çatmışdı. 
Ötən il "Expressbank"ın istehlak kreditləri portfeli 21 milyon 382 min mant artaraq 159 milyon 369 min manata, biznes kreditləri portfeli 6 milyon 330 min manat artaraq 95 milyon 845 min manata, ipoteka kreditləri portfeli isə 7 milyon 933 min manat artaraq 41 milyon 870 min manata yüksəlib.
"Expressbank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 23,7% və ya 37 milyon 24 min artaraq 31 dekabr 2022-ci il tarixində 193 milyon 107 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 156 milyon 83 min manat cəmi depozitlərə malik idi. Ötən il fiziki şəxslərin depozitləri 32 milyon 372 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyon 652 min manat artıb.
31 dekabr 2022-ci il tarixində "Expressbank"ın 126 milyon 544 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 120 milyon 617 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin