FİNCA, Azərbaycanda yenidən sürət götürüb - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADI

FİNCA, Azərbaycanda yenidən sürət götürüb - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADI"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2022-ci ili 3 milyon 267 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"FINCA Azerbaijan"nın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 656 min manat və ya 25,1% artıb. 
Marja xəbər verir ki, "FINCA Azerbaijan"nın faiz gəlirləri 2021-ci ildə 7 milyon 923 min manat ikən, 2022-ci ildə 11 milyon 854 min manata yüksəlib (3 milyon 931 min manat və ya 49,6% artıb).
"FINCA Azerbaijan"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 15 milyon 810 min manat və ya 54,4% artaraq31 Dekabr 2022-ci il tarixində 44 milyon 875 min manata çatıb. 
Qeyd edək ki, Azərbaycandakı devalvasiyalar  "FINCA Azerbaijan"da böyük itkilərə səbəb olmuş, təşkilat kəskin kiçilmişdi.
2023-ÜN İLK RÜBÜNDƏ DƏ BÖYÜYÜB
Ölkənin aparıcı qeyri-bank mikromaliyyə təşkilatı "FINCA Azerbaijan" 2023-cü ilin birinci rübünü əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalis gəlirində 80% artımla başa vurub. Birinci rübün fəaliyyət statistikasına əsasən son 12 ay ərzində kredit portfeli 37 faiz artaraq 55 milyon manat, müştərilərin sayı isə 33 faiz artaraq 27000 nəfər təşkil edib.
Bu ilin ilk üç ayı üzrə "FINCA Azerbaijan" təşkilatının kapitalı 16,2 milyon manat təşkil edib.
FINCA bu ilin mart ayında Bakı Fond Birjasında dördüncü istiqraz yerləşdirməsini uğurla həyata keçirə bilib.
"Aztəminatlı insanlara və icmalara öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi "FINCA Azerbaijan" təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb",- təşkilatdan bildirilib.
"FINCA Azerbaijan", əsası 1998-ci ildə qoyulmuş "FINCA Azerbaijan" "FINCA Impact Finance" təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
FİNCA, Azərbaycanda yenidən sürət götürüb - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADIFİNCA, Azərbaycanda yenidən sürət götürüb - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADI/ marja.az

Banklar     Tarix: 17 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq