"Finex Kredit"in zərəri artıb, təşkilat kiçilib
"Finex Kredit" BOKT ASC 2022-ci ili 421 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2021-ci ili 312 min manat xalis zərər ilə başa vurmuşdu. Xalis zərərin artması gəlirlərin azalmasından qaynaqlanır.
Marja.az təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, "Finex Kredit" BOKT-un faiz gəlirləri 2021-ci ildə 1 milyon 163 min manat ikən, 2022-ci ildə 807 min manata düşüb.
Ötən il "Finex Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 253 min manat azalaraq 3 milyon 315 min manata düşüb. 2021-ci ilin sonunda Təşkilatın kredit portfeli 3 milyon 568 min manata çatmışdı.
"Finex Kredit" BOKT-ın cəmi aktivləri 2021-ci ilin sonunda 5 milyon 631 min manat ikən, 2022-ci ilin sonunda 5 milyon 384 min manata geriləyib.



PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt