Fitch: Azərbaycan banklarının bu il avrobond buraxmaq ehtimalı azdır
"Azərbaycan banklarının bu il avrobond buraxmaq ehtimalı çox azdır".
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. Reytinq agentliyi ümumilikdə bu amili digər Cənubi Qafqaz ölkələri- Ermənistan və Gürcüstana da şamil edib.
Qeyd edilib ki, Azərbaycanın və Ermənistanın ən böyük banklarının kifayət qədər likvidliyə malik olduğu üçün borclanma ehtiyacı azdır: "Azərbaycanın Beynəlxalq Bankının (BB/Müsbət) kredit/depozit nisbəti xüsusilə aşağıdır – 62%. Həmçinin, ABB-nin 2024-cü ilin birinci yarısının sonuna maliyyələşdirmə xərcləri 1,9% olub. Ermənistanın "Ardshinbank"ının (BB-/Stabil) kredit/depozit nisbəti 2022-ci ildə Rusiyadan böyük depozit axını səbəbindən əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2021-ci ildə 141% olan bu göstərici 2024-cü ilin sonuna 77%-ə düşüb. Gürcüstana gəldikdə isə TBC Bank və Bank of Georgia (hər ikisi: BB/Mənfi) siyasi risklər səbəbindən investorların marağının azalması ilə üzləşə bilər. Bu risklər ölkənin BB reytinqinə mənfi təsir edir".
"Fitch" ümumilikdə hesab edir ki, 2025-ci ildə MDB+ regionunda avrobond yerləşdirilməsi Qazaxıstan və Özbəkistan bankları hesabına rekord səviyyəyə çata bilər. "Avrobond buraxılışlarının əsasən yenidən maliyyələşdirmə ehtiyacları və əlverişli makroiqtisadi şərait hesabına artması gözlənilir. Lakin bu prosesə geosiyasi risklər təsir edə bilər"- "Fitch" əlavə edib. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?