"Fitch": Azərbaycanın bank sektoru COVID-19-dan əvvəlki səviyyədən daha dayanıqlı olub
Azərbaycanın bank sektoru hazırda COVID-19-dan əvvəlki dövrə nisbətən daha dayanıqlıdır.
Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinarda bildirib.
Onun sözlərinə görə, sektor daha gəlirli olub, adekvat qaydada kapitallaşdırılıb, təkmilləşdirilmiş risk-menecment sistemlərinə və daha çox şaxələndirilmiş resurs bazasına malikdir: "Bu amillər hətta iqtisadi artımın yavaşlaması şəraitində belə bankların maliyyə dayanıqlığını dəstəkləyir".
O qeyd edib ki, aktivlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi son illərdə əsas göstəricilərin davamlı yaxşılaşmasını təmin edib.
"Mikroprudensial alətlər pərakəndə seqmentin yavaşlamasında getdikcə daha səmərəli olur. Aktivlərin keyfiyyətinin əsas göstəriciləri ardıcıl üçüncü ildir ki, tarixi minimuma çatıb və cari ildə cüzi təzyiqə baxmayaraq, mötədil səviyyədə qalacağı gözlənilir. Hesab edirik ki, sektorda üçüncü mərhələ kreditlərinin (Stage 3) payı ilin sonuna qədər ötən ildəki təxminən 3,5 %-dən təxminən 4,5 %-ə qədər arta bilər, ikinci mərhələ kreditlərinin (Stage 2) payı isə ümumilikdə sabit qalacaq", – M.Malyutin bildirib.
Onun sözlərinə görə, Azərbaycanda pərakəndə kreditləşmənin nüfuzetmə səviyyəsi əvvəlki kimi aşağı olsa da, fiziki şəxslərin borcunun gəlirə nisbəti keçən il 20 %-ə yaxınlaşıb, altı il əvvəl isə bu göstərici 12 %-ə bərabər olub.
"Biz bu səviyyənin hələ də idarə olunmasını mümkün hesab edirik. Bununla yanaşı, borc yükü əmsalı (DTI) 45 %-dən çox olan borcalanların kreditlərinin payı sabit şəkildə yüksək olaraq qalır və pərakəndə portfelin təxminən 40 %-ni təşkil edir. Eyni zamanda, yerli banklar ehtiyatlar yaradılmazdan əvvəl yüksək mənfəət əldə etməyə davam edir. Faiz marjası təxminən 7 % səviyyəsində qalır, kreditləşmənin yavaşlaması və maliyyələşdirmə xərclərinin artması fonunda onun azalacağı gözlənilir", – o əlavə edib. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri