Fitch: Azərbaycanın bank sektorunda göstəricilər yaxşılaşıb, amma bəzi risklər var
"Azərbaycanın bank sektorunda göstəricilər yaxşılaşıb, lakin pərakəndə kreditlərin sürətli artımı risk yaradır".
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın bank sektorunun son illərdə müsbət inkişaf tendensiyası nümayiş etdirir. Hesabatda qeyd olunur ki, 2017-ci ildən bəri sektorun əsas göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb, eyni zamanda əvvəlki dövrlərdən qalan problemli aktivlər üzrə risklər də azalıb.
Bununla belə, "Fitch" xəbərdarlıq edir ki, 2021-ci ildən etibarən pərakəndə kreditləşmənin sürətlə genişlənməsi sektor üçün "qızışma riski" yarada bilər. Bu risklər əsasən istehlak kreditləri və ipoteka portfelinin sürətli artımı ilə əlaqələndirilir.
Hesabatda vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı bu risklərin qarşısını almaq məqsədilə aktiv və qabaqlayıcı makroprudensial tənzimləmə tədbirləri həyata keçirir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?