"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün səbəb görmür.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinar zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəfidir.
"2025-ci il vəziyyətinə görə onun həcmi ÜDM-in 20 %-dən bir qədər çoxdur ki, bu da müəyyən olunmuş 30 %-lik həddən xeyli aşağıdır. Bu sahədə biz narahatlıq üçün səbəb görmürük", – Ramakrişnan vurğulayıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat (ÜDM-in 19,5 %-i) təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.
Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür, 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat isə xarici borcdur. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb. / banker.az

Banklar     Tarix: 21 yanvar 2026

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq