"Fitch" ortamüddətli perspektivdə ABB-nin kredit portfelində mülayim artım gözləyir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli emitent defoltu reytinqini (LT IDR) "BB" səviyyəsində, eləcə də həyat qabiliyyəti reytinqini (VR) "bb" səviyyəsində təsdiqləyib.
"Fitch" bildirir ki, reytinqlər üzrə proqnoz müsbətdir.
Agentlik qeyd edir ki, müsbət proqnoz ABB-nin kredit portfelində ortamüddətli perspektivdə mülayim artım gözləntilərini əks etdirir, eyni zamanda dayanıqlı aktiv keyfiyyətini qoruyur.
"Fitch"in məlumatına görə, reytinqlərin təsdiqlənməsi bankın VR-nin "bb" səviyyəsində əks olunan müstəqil profilinə əsaslanır.
"Güclü daxili bazar mövqeyi, möhkəm balans strukturu və etibarlı maliyyə göstəriciləri Azərbaycanın neftdən asılı iqtisadiyyatına qarşı həssaslıqla tarazlaşdırılır", – agentlikdən qeyd edilib.
"Fitch" analitiklərinin fikrincə, dollarlaşmanın azalması və aktivlərin keyfiyyəti ilə bağlı problemlərin həlli sayəsində ölkənin bank sektoru 2017-ci ildən bəri öz göstəricilərini yaxşılaşdırıb, amma 2021-ci ildən bəri pərakəndə kreditləşmədə sürətli artım risklər yaradır.
ABB sektorun aktivlərinin 25 %-nə və kreditlərin 23 %-nə nəzarət etməklə Azərbaycanda ən böyük bank olaraq qalır (2025-ci ilin ilk yarısının sonuna). Bu tarixə ABB-nin kredit portfeli pərakəndə və korporativ seqmentlər arasında balanslaşdırılmış aktivlərin 43 %-ni təşkil edib.
Qeyri-kredit aktivləri (40 %), ilk növbədə, ən azı "BBB-" kimi qiymətləndirilən yüksək likvidli alətlərlə təmsil olunur. Bankın problemli kreditləri 2025-ci ilin I yarısının sonunda ümumi kredit portfelinin 4,6 %-nə qədər artıb (2024-cü ilin sonunda 3,5 % olub), lakin demək olar tamamilə ehtiyatlarla "örtülüb".
İkinci dərəcəli kreditlər (borc öhdəlikləri) məhdud şəkildə (1,3 %) olub.
"Fitch" hesab edir ki, bankın ən böyük korporativ kreditləri adekvat təsnifləşdirilib və ehtiyatlarla təmin edilib.
"2025-ci ilin ikinci yarısında və 2026-cı ildə kredit artımı və silinmə ilə dəstəklənən qeyri-işlək kreditlərin səviyyəsinin 5 %-dən aşağı qalacağı gözlənilir. Xalis faiz gəliri illik əsasda orta qazanc əldə edən aktivlərin 6,1 %-ni təşkil edib (2024-cü ildə 6 % idi). Bu amil güclü əməliyyat effektivliyi ilə birlikdə məhdud kredit itkiləri ilə orta ümumi kreditlərin 9,4 %-nin dəyərsizləşməmişdən əvvəl yüksək mənfəət qazandırması ilə nəticələnib. Nəticədə 2025-ci ilin birinci yarısında RWA (illik əməliyyat mənfəəti/risklə ölçülmüş aktivlər) nisbəti 5,9 % təşkil edib. 2025-ci ilin ikinci yarısında və 2026-cı ildə bankın gəlirliliyi bir qədər azala bilər, lakin güclü qalacaq", – "Fitch Ratings" hesab edir.
"Fitch Core Capital" (FCC) əmsalı RWA-nın 18 % və dividend ödənişlərinin artması (2024-cü ilin xalis mənfəətinin 56 %-i) səbəbindən 2025-ci ilin birinci yarısının sonunda 26 %-ə (2024-cü ildə 29 % idi) azalıb.
"Fitch" böyük dividendləri və kredit artımının 2025-2026-cı illərdə 15-20 %-ə (2024-cü ildə 26 % olub) qədər yavaşlamasını nəzərə alaraq, FCC nisbətinin orta müddətdə 22 %-dən yuxarı qalacağını gözləyir.
Agentlik hesab edir ki, ABB-nin maliyyələşdirilməsi ilk növbədə depozitlər (2025-ci ilin I yarımilinin sonunda öhdəliklərin 88 %-i) ilə təmin edilir və bunun da yarısı dövlət müəssisələrindəndir. "Fitch" bu əmanətləri sabit və bank üçün əsas hesab edir.
"Bankın likvid ehtiyatları həm milli, həm də xarici valyutada əhəmiyyətlidir, bunu 2025-ci ilin birinci yarısının sonunda ümumi müştəri kreditləri/depozitləri nisbətinin 61 % olması göstərir", – agentlik hesab edir. / banker.az

Banklar     Tarix: 18 sentyabr 2025

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin