"Fitch Ratings" Expressbankın göstəricilərini "Sabit" proqnozla təsdiqlədi
18 sentyabr 2025-ci il tarixində beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Expressbank ASC"nin uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib. Reytinqi şərtləndirən əsas amillərə Expressbankın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir.
Hesabatda Expressbankın 23% kimi yüksək kapital adekvatlığının olması, 2025-2026-cı illərdə normal ssenaridə 20%-in üzərində qalması gözlənildiyi bildirilir. Kredit portfelində problemli kreditlərin payı isə cəmi 1.2% təşkil edir.
"Fitch" həmçinin vurğulayır ki, Bankın kredit portfelində milli valyutanın üstünlük təşkil etməsi dollarlaşma risklərini minimuma endirir.
"Fitch" Reytinq Agentliyi, həmçinin Bankın reytinqinə müsbət və mənfi təsir edəcək amilləri göstərib. Aktivlərin keyfiyyəti və yüksək kapitallaşma ilə birgə davamlı yüksək mənfəətlilik əldə olunduğu halda Bankın reytinqinin yüksəlməsi ehtimalı göstərilir.
Onu da qeyd edək ki, Bankın kredit fəaliyyəti beynəlxalq risk idarəetmə standartlarına uyğun şəkildə aparılır. Təminatsız kreditlər müştərilərin ehtiyaclarına uyğun olaraq diqqətlə qiymətləndirilir və risklər tam nəzarətdə saxlanılır.
Həmçinin Bankın depozit siyasəti müştərilərin maraqlarını prioritet tutaraq depozit məhsullarının rəqabətqabiliyyətli şərtlərlə təklif olunmasını və bazar tendensiyalarına uyğun şəkildə daim yenilənməsini nəzərdə tutur.
Expressbank fəaliyyətində şəffaflıq və müştəri etimadını prioritet götürərək gələcək illərdə də dayanıqlı inkişaf xəttini davam etdirməyi hədəfləyir. Həmçinin Bankın sabit biznes modeli, sağlam risk idarəetməsi və güclü kapital bazası onun maliyyə dayanıqlığını qorumaqda əsas rol oynayır.
Qeyd edək ki, Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi