Gələn ildən Azərbaycanda bu şəxslərə faizsiz kreditlər veriləcək
Gələn ildən islam bankçılığı çərçivəsində Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.
İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.
"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, ölkəmizdə planlaşdırılan İslam bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcəklər.
Ruslan Atakişiyev qeyd edib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.
Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?