"Günay Bank"da nə qədər depozit var və hansı hissəsi "bata" bilər?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 3 ildən sonra daha bir – "Günay Bank" ASC lisenziyasını geri aldı və qeyd edildi ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə bu qərar təbiq edilir.
Banker.az xəbər verir ki, indi sual odur ki, bankda şəxslərin nə böyüklükdə depoziti var ki, bunlar "bata" bilər və ya ödənişi vaxt aparacaq.
Mərkəzi Bank "Günay Bank"la bağlı press-relizində bildirib ki, 2023-cü ilin 1 aprel 2023-cü il tarixinə Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 mln. manat təşkil edir.
Mərkəzi Bank bunu da qeyd kimi bildirib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99.9%-nin əmanətləri kompensasiya olunacaqdır. Ödəyən tərəf isə Əmanətlərin Sığortalanması Fondudur.
İndi gələnin nəzər yetirək bankda nə qədər depozitlər və cəmi öhdəliklər var idi?
2023-cü ilin 1 aprelinə bankın kənar audit edilməmiş hesabatında, yəni özü tərəfindən təqdim edilən maliyyə hesabatına görə, 108.57 mln. manat şəxslərin depoziti var. Beləliklə, 70.07 mln. manatlıq depozitlər "risk" altındadır.
Depozitlərinin 73.48 mln. manatı fiziki şəxslərin və hequqi şəxslərin 35.08 mln. manatı şirkətlərindir. Depozitlərində müddətli əmanətlərin həcmi 52.66 mln. manatı tələbli və 55.92 mln. manatı isə müddətli depozitlərdir.
Əlavə olaraq bankın kredit təşkilatlarında 90.09 mln. manat borcu da var.
Bankın 1 aprel 2023-cü il dövrünə cəmi 274.27 mln. manat aktivləri və 206.29 mln. manat öhdəlikləri var.

Banklar     Tarix: 17 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq