"Günay Bank"ın nizamnamə kapitalı artırılır
05 iyul 2023-cü il saat 11:00-da, AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında "Günay Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az bankın elanına istinadən xəbər verir.
Gündəliyə "Günay Bank" ASC-nin nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.
Bir ay öncə isə bildirilmişdi ki, Müşahidə Şurası və İdarə Heyətinin tərkibinə baxılması məsələsi 19 may iclasında müzakirə ediləcək.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya ("Günay Sığorta" ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, "Günay Sığorta"nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt