"Hazırda dünya alimlərinin qarşısında duran əsas vəzifələrdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır" - Akademik

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 27 mart – 1 aprel 2023-cü il tarixlərində Fransanın Marsel şəhərində keçirilən "Human Brain Project Summit: 2023" tədbirində iştirak edib və səfərin nəticələri barədə AMEA Rəyasət Heyətinin iclasında hesabat verib.
"İnsan  Beyni Layihəsi" (Human Brain Project – HBP) barədə danışan R.Əliquliyev süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi ilə beyin problemlərinin həlli, beyin funksiyaları əsasında süni intellekt texnologiyalarının təkmilləşdirilməsi və inkişaf etdirilməsinin layihənin əsas məqsədlərindən olduğunu deyib: "Avropa Komissiyası tərəfindən "İnsan  Beyni Layihəsi"nə 10 il ərzində 607 milyon avro vəsait ayrılmış və nəticə olaraq layihə çərçivəsində 16 ölkə, 150 institutdan 500-ə yaxın alimin 2500-dən çox elmi məqaləsi çap edilmişdir".
Akademikin sözlərinə görə, sammitin keçirilməsində əsas məqsəd onillik layihə çərçivəsində aparılan tədqiqatların və əldə olunan yüksək elmi nailiyyətlərin cəmiyyətə verdiyi töhfələrin müzakirəsi olmuşdur. Tədbirdə EBRAINS Tədqiqat İnfrastrukturunda mövcud olan qabaqcıl xidmətlər və müasir texnologiyalar, beyin tədqiqatlarında ən son innovasiyalar, həmçinin Avropada süni intellektə əsaslanan texnologiyalar sahəsində əldə edilmiş bir sıra mühüm nailiyyətlərə nəzər salınmışdır.
Toplantı çərçivəsində, həmçinin rəqəmsal beyin, süni intellekt və beyin xəstəlikləri, beyin atlasları və Big Data analitikası, beyin əsaslı robotlar – neyrorobotika, beyin əsaslı süni intellekt, epilepsiya və rəqəmsal əkiz, rəqəmsal neyroinformatika, neyromorfik hesablama, federal superkompüter infrastrukturu və digər mövzularda geniş fikir mübadiləsi aparılmışdır.
AMEA-nın vitse-prezidenti əlavə edib ki, "İnsan  Beyni Layihəsi" biologiya, molekulyar biologiya, fizika, riyaziyyat, kimya, kompüter elmləri və digər sahələrdə birgə multidissiplinar tədqiqatlar aparmağı, ənənəvi tibbi yolla müalicəsi hələlik mümkün olmayan müxtəlif anomal beyin problemlərinin həlli üçün süni intellekt texnologiyalarından istifadə etməyi, beyinin ayrı-ayrı funksiyalarının rəqəmsal əkizlərini yaratmağı zəruri edir. 
Akademik Rasim Əliquliyev çıxışının sonunda bir sıra təkliflər səsləndirib. Belə ki, ölkənin müvafiq elm və ali təhsil müəssisələrində süni intellekt, neyro və koqnitiv elmlərin kəsişməsində tədqiqatların aparılmasının prioritet istiqamət kimi qəbul edilməsi, ölkə alimlərinin beynəlxalq səviyyədə, həmçinin Avropa Birliyi çərçivəsində insan beyni ilə əlaqədar multidissiplinar tədqiqatlar və layihələrdə iştirak etməsi, bu sahədə həm Azərbaycanın, həm də xarici ölkələrin universitet və tədqiqat mərkəzlərində yüksəkixtisaslı kadrların hazırlanmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Rəyasət Heyətinin üzvləri tərəfindən sammit çərçivəsində təqdim olunan elmi mövzular, o cümlədən, rəqəmsal beyin əsaslı robototexnika və hesablama texnologiyaları ilə bağlı ölkəmizdə də araşdırmaların aparılması, həm ictimai və humanitar, həm də dəqiq elmlər sahəsində fəaliyyət göstərən alimlərin iştirakı ilə multidissiplinar tədqiqatların həyata keçirilməsi və birgə elmi seminarın təşkili tövsiyə olunub.
© iсt.az  / marja.az

Maraqlı     Tarix: 09 aprel 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi bu gunun xeberleri kripto