İki qardaşa məxsus BOKT-un kredit portfeli və xalis mənfəəti zəif artıb
"FİNOKO" Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili 1 milyon 404 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 1 milyon 142 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "FİNOKO" BOKT-un 2021-ci ildə faiz gəlirləri 5 milyon 725 min manat ikən, 2022-ci ildə 6 milyon 552 min manata yüksəlib. Ötən il təşkilatın haqq və komissiya gəlirləri 53 min manat təşkil edib (2021-ci ildə 14 min manat).
2021-ci illə müqayisədə "FİNOKO" BOKT-un kredit portfeli zəif artıb. 2021-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 23 milyon 96 min manat ikən, 2022-ci ilin sonunda 23 milyon 921 min manata çatıb.
"FİNOKO" Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2014-cü ildə Mərkəzi Bank tərəfindən təqdim edilmiş lisenziya əsasında fəaliyyət göstərir.
"FİNOKO" BOKT ASC Elçin və Elmar Əliyev qardaşlarına məxsusdur (50/50). Ötən ilin sonunda "FİNOKO" 96 nəfər işçiyə malik olub.




Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?