İnvestorlardan 14%-lə böyük borclar almış "Ferrum Kapital"ın kredit riski artıb, mənfəəti azalıb

İnvestorlardan 14%-lə böyük borclar almış "AQA Şirkətlər Qrupu" QSC-yə daxil olan "Ferrum Kapital" QSC 2022-ci ili 2 milyon 158 min manat xalis mənfəət ilə başa vurub. QSC 2021-ci ili 2 milyon 389 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Ferrum Kapital"ın xalis mənfəəti 9,7% azalıb. 
Marja maliyyə hesabatlarına xəbər verir ki, "Ferrum Kapital"ın faiz gəlirləri 2021-ci ildə 10 milyon 470 min manat ikən, 2022-ci ildə 13 milyon 223 min manata yüksəlib (2 milyon 753 min manat və ya 26,3% artıb). 
Şirkətin kredit zərərləri üzrə ehtiyatın yaradılmasına ayırdığı vəsait (kredit zərərləri üzrə ehtiyat xərci) 289 min manat və ya 63,5% artaraq 744 min manata yüksəlib. Şirkət 2021-ci ildə ehtiyata 455 min manat ayırmışdı. 
Ehtiyata ayrılan vəsaitin artması şirkətin kredit riskinin artdığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
Ötən il "Ferrum Kapital"ın inzibati və digər əməliyyat xərcləri isə 1 milyon 903 min manat və ya 61,5% aratraq 4 milyon 998 min manata çatıb.
Ehtiyata ayrılan vəsaitin və inzibati xərclərinin artması faiz gəlirindəki artımı silib və bu da xalis mənfətin azalması ilə nəticələnib.
PORTFELİ CÜZİ ARTIB
Ötən ilin sonunda "Ferrum Kapital"ın portfeli (müştrilərə verilmiş kreditlər) 36 milyon 102 min manat təşkil edib. Şirkət 2021-ci ilin sonunda 35 milyon 897 min manat portfelə malik idi (205 min manat və ya 0,6% artıb). 
Ötən ilin sonunda "Ferrum Kapital"ın buraxılmış borc qiymətli kağızları üzrə 9 milyon 611 min manat öhdəliyi olub. 2021-ci ilin sonunda bu maddə üzrə öhdəlik 1 milyon 683 min manat idi. Ötən il "Ferrum Kapital" illik 14%-lə, yerləşdirdiyi istiqrazlar vasitəsilə investorlardan borc alıb. 
Həmçinin "Ferrum Kapital" şirkətinin 34 milyon 868 min manat müddətli borc öhdəlikləri olub. 
31 dekabr 2022-ci il tarixində "Ferrum Kapital" QSC 231 nəfər işçiyə malik olub. Şirkət 2022-ci ilin 1-ci rübünün sonunda 182 nəfər işçiyə malik idi. 
"Ferrum Kapital" QSC-nin səhmdarları 2 fiziki (Demirçi Qafar Aydın oğlu (68%) və Habib Zadeh Mohammad Reza (23%)) və 2 hüquqi şəxsdir.
2017-ci ildən fəaliyyət göstərən "Ferrum Capital" faktorinq şirkətidir. Faktorinq biznes sahiblərinin müəssisə (və ya şirkət) daxilində nağd pul axınını yaxşılaşdırmaq üçün ödənilməli invoyslarının bir hissəsini və ya hamısını faktorinq şirkətinə satması ilə həyata keçirilən maliyyələşdirmə prosesidir. "Ferrum Capital" pərakəndə ticarətdə satışın hissə-hissə ödənişini də maliyyələşdirir. 
İnvestorlardan 14%-lə böyük borclar almış İnvestorlardan 14%-lə böyük borclar almış İnvestorlardan 14%-lə böyük borclar almış / marja.az

Banklar     Tarix: 14 aprel 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri