"İpoteka krediti deyiləndə ilk müraciət edilən banklardan biri də BTB-dir"

"Hal-hazırda bazarda mikrokreditlərə böyük maraq vardır və bu da təbiidir, çünki daha çox insan bizneslə məşğul olmağa başlayır, ailə təsərrüfatları biznes konyukturaya qoşulur. Biz də bu trendlərə uyğun olaraq hər bir sahibkar qrupu üçün kreditləşmə və xidmət imkanlarını daha da təkmilləşdirməyə davam edirik". 
Bunu Marja.az-a müsahibəsində Bank "BTB" ASC-nin İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü Zaur Yusifov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bankın Sədr müavini qeyd edib ki, bu əsasla Bank "BTB"nin biznes kredit portfeli keçən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 70 milyon manat təşkil edir: Həmçinin bu ilin 1-ci rübü ərzində istehlak kreditləri sahəsi üzrə 1100 müştəriyə 6 milyon manat kredit rəsmiləşdirilmişdir, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 31% artım deməkdir. Hazırda Bankın kredit portfeli 264 milyon manat təşkil edir". 
Zaur Yusifov vurğulayıb ki, ipoteka krediti deyiləndə ilk müraciət edilən banklardan biri də Bank BTB-dir: "İpoteka kreditləşməsinin həyata keçirilməsində uğurlu olmağımız komandamızın bu sahədə çevikliyi və profesionallığıdır. Həmçinin ipoteka kreditləri üçün müvafiq alətlərin mövcudluğu, kreditin əldə edilməsi üçün proseslərin tez və rahat şəkildə icrası yüksək müştəri xidməti və məmnuniyyətini yaradır. Bunun nəticəsidir ki, Bank BTB ipoteka kreditləri üzrə indiyədək 5000-ə yaxın müştəriyə xidmət göstərmişdir. Bununla yanaşı Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlıq dövrü ərzində 1500-ə yaxın müştəriyə 50 milyon manatdan çox kredit rəsmiləşdirildiyini qeyd etmək istərdim. Bundan sonrakı dövrlərdə də bu inkişaf tendensiyasını artırmaqda israrlıyıq".
"BTB" ASC-nin İdarə Heyəti Sədrinin müavini əlavə edib ki, Bank "BTB" bu ilin 1-ci rübünü 888 min manat xalis mənfəətlə başa vurub: "Ötən ilin eyni dövrü nəticələrinə baxsaq bu 127% artım deməkdir. Aktivlərin cəminə nəzər yetirsək bu göstəricidə də 5.5% artım var, hal hazırkı aktivlərimiz 376 milyon manat təşkil edir. Faiz və qeyri-faiz gəlirlərində də ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb və nəticədə əməliyyat mənfəətimiz 130% artıb. Bankın müddətli depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır. Bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 55 milyon manat təşkil edir". 
Həmçinin oxu
"Bankın gələcək inkişafı üçün ciddi baza və potensial görürəm" - MÜSAHİBƏ

Banklar     Tarix: 12 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq