İpoteka və Kredit Zəmanət Fondu ₼50 milyonluq borc cəlb edir
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat dəyərində ipoteka istiqrazları buraxır.
Banker.az xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd istiqrazı emissiya edilir. Onlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir. İstiqrazların tədavül müddəti 7 200 gündür.
İstiqrazların "Bakı Fond Birjası" QSC-nin ticarət sistemində kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Emissiya üzrə anderrayter xidmətlərini "İnvest-AZ İnvestisiya şirkəti" QSC göstərir.
Emissiyanın məqsədiİstiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək. Konkret olaraq, bu vəsaitlər yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin maliyyələşdirilməsi üçün istifadə ediləcəkdir.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?