"İşğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq

Gələn il İqtisadiyyat Nazirliyi yanında Sahbikarlığın İnkişafı Fondunun verəcəyi kreditlər bu illə müqayisədə az olmayacaq.
Bunu  Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.
"Fond iş adamlarının uzunmüddətli, daha aşağı faizli maliyyəyə çıxışını təmin etmək üçün əsas operatordur. Əsas strategiyamız regionlarda kiçik və orta bizneslərin inkişafına dəstək göstərməkdir. Növbəti il üçün də biznes qurumlarında sosial və korporativ idarəetmə standartlarının tətbiqini təşviq etmək məqsədilə meyarlarımız müəyyən olunacaq.
İlin yekunlarını başa vurduqdan sonra proqnozlar tərtib edəcəyik və hesablamalar əsasında gələn il üçün kreditlərin nə qədər olacağını biləcəyik. Planımız odur ki, sahibkarlara ən azı bu ilki hədəflərdən daha çox vəsait ayırılsın. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, xidmət sektoru, turizm, səhiyyə, təhsil, logistika mərkəzlərinin, taxıl anbarlarının, soyuducu anbarların yaradılması və digər istiqamətlərdə layihələrin dəstəklənməsini davam etdirəcəyik. Əsas hədəf kapital tutumlu layihələrin maliyyələşdirilməsidir. Fond olaraq daha ucuz, orta və uzun müddətli layihələrin maliyyələşdirilməsini prioritet hesab edirik", - o qeyd edib.
O.Xaliyev Fondun işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını da açıqlayıb:
"Həmin biznes subyektərinə maliyyə dəstəyinin göstərilməsi layihəsi var. Hazırda bununla bağlı normativ hüquqi baza üzərində işlər aparılır. İlkin sənədlər hazırlanıb, bu sənədləri aidiyyatı qurumlara təqdim etmişik və hazırda həmin qurumlarla razılaşdırma mərhələsindəyik. Bu sənədlər təsdiq olunacağı təqdirdə işğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Banklar     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank